"Kəpəz" daha bir futbolçunun transferini həll edib.

Klubdan "Unikal"a verilən məlumata görə, "sarı-göylər" sabiq yarımmüdafiəçisi Əli Səmədovu heyətinə qatıb.

Gəncə futbol məktəbinin yetirməsi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əli Səmədov ötən mövsümün ikinci hissəsini "Şamaxı"da keçirib. O, sözügedən komandaya məhz "Kəpəz"dən keçmişdi.