Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında məlumat verib.
"Kanada ilə görüş başlayıb. Castin Trüdo , Ukraynaya daimi dəstəyinizə görə təşəkkür edirəm! Bu gün ilk məsələ əsgərlərimiz üçün silahdır", - Zelenski bildirib.