Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın NATO-ya üzv olmaq üçün şərtləri bilməməsindən və onları kimin tərtib etməsindən şikayət edən bəyanatına reaksiya verib.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü "Telegram" kanalında yazıb.
"Axmaq, qaydaları oyun başlamazdan əvvəl öyrənməlisən, sonra yox", - deyə Zaxarova qeyd edib.
Diplomat əlavə edib ki, bu, Qərbin uydurduğu dünya düzənidir: qaydalar yoxdur, onlar yolda icad edilir və oyun istənilən nəticəni gətirməzsə, dəyişdirilir.
Zaxarova həmçinin Kulebanı Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almağı məsləhət görüb.
Ağarza Elçinoğlu