Dayaqla tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva Rusiyanı tərk edib.
“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, atlet İspaniyanın Tenerife adasına köçüb.
2015-ci ildə Rusiya ordusunun mayoru rütbəsini alan İsinbayeva 2023-cü ildə 50 il müddətinə Ukraynanın sanksiya siyahısına salınıb.
İsinbayeva üçqat dünya, dördqat Avropa çempionudur.
Nuranə Abbasova