Türkiyənin Adana şəhərində maraqlı hadisə yaşanıb.  

"Unikal" xəbər verir ki, motosiklet oğurluğuna gələn şəxslərin aralarında münaqişə yaranıb. Həmin anlar müşahidə kameralarına anbaan əks olunub. Belə ki, oğrulardan biri küsüb və getmək istəyib.  Digər oğru onun ardınca gedib və dostlar barışıblar. 

İncikliyi aradan qaldıran oğrular yarıda qoyduqları işi tamamlayıblar. 70 min lirə  dəyərində olan motosikleti oğurlayaraq ərazidən qaçıblar.