Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın (parlamentin aşağı palatası) səlahiyyət müddəti başa çatdıqdan sonra avqustda istefa verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat yayıb. 

Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.