Finlandiyalı diplomat Yaakko İloniemi bildirib ki, Finlandiya Rusiya ilə münasibətləri yalnız siyasi dəyişikliklərdən sonra bərpa edəcək. 

“Unikal” xəbər verir ki, o, bu barədə MTV3 telekanalına müsahibəsində danışıb.

İlonieminin sözlərinə görə, Finlandiya ilə Rusiya arasında münasibətlər indi son onilliklərin ən pis həddinə çatıb və bu, göz qabağındadır.

“Bu, Rusiyanın hərəkətlərinin nəticəsidir, biz buna cəhd etməmişik”, - diplomat bildirib.

O qeyd edib ki, ölkələr arasında yaranmış gərgin vəziyyət Finlandiya iqtisadiyyatına ağır zərbə vuracaq. İlonieminin sözlərinə görə, Rusiya-Finlandiya münasibətlərinin bərpasına heç bir maneə yoxdur, lakin bunun üçün Rusiyada ciddi siyasi dəyişikliklər lazımdır.

Nuranə Abbasova