İsrail Prezidenti İsxak Hersoq ABŞ-a səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Səfər iyulun 18-də baş tutacaq. O, Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Liderlər İsrailin regional inteqrasiyası və Rusiyanın İranla hərbi əlaqələri barədə fikir mübadiləsi aparacaq.