Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ilə telefonla danışdığını və onu "Ukraynadan Taxıl" təşəbbüsünə qoşulmağa dəvət etdiyini bildirib .

"Unikal" xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, Buça və Kiyevə səfər etdiyi üçün Ramafosa təşəkkür edib , “qlobal sülh sammiti”nə hazırlıq və Afrika ölkələrinin Ukraynaya dəstəyini gücləndirmək üçün addımları müzakirə edib.

“Biz taxıl dəhlizinin davam etdirilməsinin vacibliyini qeyd etdik. Mən Cənubi Afrika Respublikasını Ukraynadan Taxıl təşəbbüsünə qoşulmağa dəvət etdim”, - deyə Ukrayna lideri yazıb.

Bundan əvvəl məlum olmuşdu ki, Cənubi Afrika prezidenti Sankt-Peterburqda keçiriləcək Rusiya -Afrika sammitində  öz dövlətinin nümayəndə heyətinə rəhbərlik edəcək . İyulun 27-28-də Rusiya-Afrika İqtisadi Forumunun keçirilməsi planlaşdırılır.