Lionel Messi artıq “İnter Mayami”də məşqlərə qatılıb.

"Unikal" xəbər verir ki, çərşənbə günü ABŞ klubunun yeni oyunçusu tibbi müayinədən keçib. Cümə axşamı isə məşqdə iştirak edib və yeni komanda yoldaşları ilə görüşüb.

Bildirilir ki, transfer rəsmiləşənə qədər Messinin “İnter”də heç bir fotosu olmayacaq.

Xatırladaq ki, Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini açıqlamışdı. Argentinalı yeni komandanın tərkibində iyulun 21-də Meksikanın “Kruz Asul” klubuna qarşı matçda debüt edə bilər.