Boks üzrə şəksiz dünya çempionu Devin Haney qanunsuz olaraq odlu silah saxlamaq ittihamı ilə həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb .

Mənbənin sözlərinə görə, idmançının avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb.  Axtarış zamanı polis sürücünün oturacağının altından yarı avtomatik tapança tapıb, bundan sonra Haney nəzarətə götürülüb. İyulun 13-də o, 35 min dollar girov müqabilində azadlığa buraxılıb. Avqustda isə o, iş üzrə məhkəməyə gəlməlidir.

Peşəkarlar arasında Haney WBC, WBA Super, IBF, WBO, eləcə də yüngül çəki kateqoriyasında The Ring jurnalına görə hazırkı şəksiz dünya çempionudur. O, 30 döyüş keçirib və 15-də nokaut olmaqla 30 qələbə qazanıb.