"Vagner" PMC hüquqi cəhətdən mövcud deyil, Rusiya Federasiyasında özəl hərbi şirkətlərin leqallaşdırılması məsələsi hökumət və Dövlət Duması tərəfindən müzakirə edilməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Prezident jurnalistin "Vaqner" PMC-nin döyüş bölməsi kimi qalıb-qalmayacağı ilə bağlı sualına cavab olaraq Putin bildirib ki, Rusiyada özəl hərbi şirkətlər haqqında qanun yoxdur, çünki bu təşkilat "mövcud deyil".

“Bir qrup var, amma qanuni olaraq yoxdur! Bu, real leqallaşma ilə bağlı ayrıca məsələdir. Amma bu, Dövlət Dumasında, hökumətdə müzakirə edilməli olan məsələdir"-deyə ölkə başçısı bildirib.