İstanbulda keçirilən FETÖ əməliyyatında Fətullah Gülənin qardaşı oğlu, qaçaq Selman Gülən, həmçinin həyat yoldaşı Nur Gülən, atası Bəkir Öztürk və anası Mine Öztürk saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb. 

Bildirilir ki, 4 nəfər 1 ilə yaxındır İstanbulun müxtəlif ərazilərində ev tutaraq yaşayırmışlar. Həmçinin, Selman Gülənin hələ də təşkilatın maliyyə strukturunda fəaliyyət göstərirmiş. 

Digər tərəfdən, Sancaktəpədə basqın edilən ünvanda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, 14 min dollar, 560 Estoniya kronu və müxtəlif şəxslərə aid 2 pasport ələ keçirilib.

Nəzarətə alınan 4 şübhəli ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.

Gülayə Mecid