Rusiya Polşanın Smolenskdə yerləşən konsulluğunu bağlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə  Rusiya Federasiyası Nazirlər Kabineti sərəncam verib. 

Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

"Rusiya Xarici İşlər Nazirliyinin Polşa Respublikasının Smolenskdəki konsulluq idarəsinin Smolensk vilayətinin ərazisini əhatə edən konsulluq dairəsi ilə bağlanması barədə təklifi qəbul edilsin”.

Xatırladaq ki, aprelin 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Varşavadakı səfirliyindəki məktəbə Polşa rəhbərliyinin müdaxiləsi və ələ keçirilməsinə sərt cavab verəcəyini vəd etmişdi.

Gülayə Mecid