Hindistanın Odişa əyalətində iki kişi dəfn yerində yarıyanmış insan əti yeyib. 

"Unikal" xəbər verir ki,  25 yaşlı Madhusmita Singhin adlı şəxs xəstəxanada dünyasını dəyişib. Ənənəyə uyğun olaraq ölən şəxsin meyiti yandırılıb.  Bu zaman iki kişi  yarıyanmış insanın ətini yeməyə başlayıb.  Bunu görən Singhinin yaxınları kişiləri döyüblər.

Polis şəxsləri saxlayıb. Məlum olub ki, onlar sərxoş olublar və yarıyanmış meyitin hissələrini kəsərək yeyiblər.