ARDNŞ ölkədə üsyan çıxaracaq
02:58 07-04-2012
CƏMİYYƏT
ARDNŞ ölkədə üsyan çıxaracaq
Xocahəsəndə evlərin sökülməsinə yenidən start verildi, insanlar qəzəbli şəkildə etirazlara başlayıblar
Artıq bir xeyli vaxtdır ki, ARDNŞ Sulutəpə və Xocahəsən qəsəbələrində evlərin sökülməsi prosesinə başlayıb. Şirkətin Mühafizə Xidmətinin əməkdaşları əllərində dəyənəklərlə əhalinin evinə hücum çəkərək, onları yaşadıqları yerlərdən çıxarıb, sonra da evlərini uçururlar. Vəziyyətin belə bir şəkil alması ötən ilin sonlarında baş versə də, sonradan proses sakitləşmişdi. Lakin artıq iki gündür prosesə yenidən start verilib.
Dünən isə Xocahəsən qəsəbəsində vəziyyət daha pis şəkil alıb. Belə ki, ARDNŞ-in işçiləri Sulutəpə ərazisində (Xocasənyolunun üstü) yaşayan sakinlərin evlərinə hücum ediblər. Verilən məlumata görə, vətəndaşların evlərini sökməyə onlara polis də kömək edir. Artıq bir neçə evin sökülməsi prosesi başa çatıb və bunun davam edəcəyi barədə hamıya xəbərdarlıq olunub.
ARDNŞ-in açıqlaması isə belədir ki, həmin evlər neft yataqlarının üzərində inşa olunub və bu səbəbdən də əhalinin orada yaşaması mümkün deyil. Həmin ərazilərin bələdiyyələr tərəfindən qeyri-qanuni olaraq satılmasını da deyən şirkət rəsmiləri buna görə, özlərinin məsuliyyət daşımadıqlarını vurğulayırlar.
Lakin evlərin bu şəkildə sökülməsi kifayət qədər ciddi problemlər yarada bilər. Daha doğrusu, əhali başına gələn bu olaylardan sonra bərk qəzəblənmiş şəkildə küçələrə axışmağa başlayıb. Bu isə indiki həssas məqamda olduqca təhlükəli tendensiyanın əsasını qoya bilər. Hətta sakinlər deyirlər ki, ARDNŞ əhalini zorla inqilaba sürükləyir. Onlar deyirlər ki, insanların evlərini bu şəkildə sökmək olmaz və bununla bağlı optimal bir variant fikirləşmək lazım idi. "Bu qədər haqsızlıq olmaz. İllərlə əziyyət çəkib, ev tikimişik ki, ailəmizi başımıza yığaq. Bunlar da gəlib bir saat içində evimizi başımıza uçururlar. ARDNŞ əhalini zorla inqilaba sürükləyir. Bunlar nə düşünürlər? Zənn edirlər ki, məsələ belə də qalacaq? İnsanların qəzəbinin qarşısını artıq almaq olmur".
Bu əsnada o da məlum olub ki, Sulutəpədə yaşayan insanlar başlarına gələnlərdən bərk qəzəblənərək, müxalifətin 8 apreldə keçirəcəyi aksiyaya qatılmağa qərar veriblər. Onlar bildiriblər ki, səslərini hakimiyyət dairələrinə mitinqdən çatdıracaqlar. "Hamılıqla bu aksiyaya qatılacağıq. Hakimiyyətə də səsimizi mitinqdən çatdıracağıq. Bunlar bizi zorla belə addım atmağa məcbur edirlər".
Namiq
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35