Cəbəllüttariqin “Linkoln” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununa satılan biletlərin sayı məlum olub.

"Unikal" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matça 18 min 500 bilet satılıb. Hazırda bilet satışı davam edir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 69 min 870 nəfərdir.

***09:46

Bu gün "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.