Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyulun 20-də Pakistana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kuleba xarici işlər naziri Bilaval Bhutto-Zardari və baş nazir Şahbaz Şəriflə görüşəcək.
Qeyd olunur ki, bu səfər Ukrayna-Pakistan münasibətləri tarixində ilk olacaq.
Ağarza Elçinoğlu