ABŞ-də “Powerball” lotereyasının iştirakçısı 1,08 milyard dollarlıq cekpot qazanıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516,8 milyon dollar məbləğində birdəfəlik ödəniş ala bilər.

Qalibin adı açıqlanmayıb. Bununla belə, uduşlu bilet Kaliforniyada oynanılıb. 

Bu mükafat “Powerball” lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafat idi. İndiyədək rekord uduş 2,04 milyard dollar, cekpot isə 1,586 milyard dollar olub.

Nuranə Abbasova