Krımın şimal-qərbindəki Razdolnoe kəndində fövqəladə vəziyyət tətbiq edilib. 

"Unikal" xəbər verir ki, bu barədə qondarma hökumət açıqlayıb. 

Razdolnenski rayonunun fövqəladə hallar xidməti pilotsuz təyyarənin hücumu nəticəsində bir neçə binanın zədələndiyini, bir qızın öldüyünü bildirib: "Kəndin mərkəzi, mərkəzi meydan, Mədəniyyət evi, pərakəndə satış obyektləri və restoranlar daha çox ziyan çəkib. Çoxlu kiçik mağazalara ziyan dəyib. 2008-ci il təvəllüdlü bir qız öldü, digər qurbanlar haqqında məlumat yoxdur". 

Ağarza Elçinoğlu