Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva əyalətinin Bara rayonunda partlayış və atışma olub. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, nəticədə azı səkkiz polis əməkdaşı yaralanıb.

Partlayış polis idarəsi və təhlükəsizlik qüvvələrinin postu yaxınlığında baş verib. Partlayışdan sonra asayiş keşikçiləri ilə terrorçular arasında şiddətli atışma başlayıb. İlkin versiyaya görə, partlayış kamikadze tərəfindən törədilib. Bütün yaralılar ən yaxın xəstəxanaya çatdırılıb.

Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilərin ola biləcəyini istisna edilmir. Hücum zamanı polis idarəsinin damı uçub. Xilasetmə qrupları dağıntılar altında qalan insanları axtarır.

Nuranə Abbasova