Fransa hökumətinin yeni tərkibi açıqlanıb.

"Unikal" xəbər verir ki, Elizabet Born Fransanın Baş naziri vəzifəsində qalıb.

Yeni hökumət əvvəlkindən çox da fərqlənmir.

Səhiyyə və təhsil nazirləri, sosial və həmrəylik üzrə dövlət katibi vəzifələrinə yeni təyinatlar olub.

Hökumətin digər üzvləri öz funksiyalarını davam etdirəcəklər.

İyulun 21-də Prezident Emmanuel Makronun sədrliyi ilə Yelisey sarayında yeni hökumətin üzvləri ilə ilk iclasın keçiriləcəyi gözlənilir.