Birləşmiş Ştatlar tərəfindən tədarük edilən mübahisəli kaset sursatları Ukrayna qüvvələri tərəfindən Rusiyaya qarşı əks-hücum əməliyyatlarında səmərəli istifadə olunur. 

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib. 

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib: "Biz ukraynalılardan ilkin rəy aldıq və onlar bundan kifayət qədər səmərəli istifadə edirlər".

Kirbi həmçinin qeyd edib ki, ABŞ-nin tədarük etdiyi və 120-dən çox ölkə tərəfindən qadağan edilən kasset bombaları Rusiya müdafiəsindən və rus qoşunlarından yayınma effekti verib.

Ağarza Elçinoğlu