Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini öyrənməli və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir. 

"Unikal" TASS-a istinadla xəbər verir ki, bunu RF Federal Şurasının sədr müavini, parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri Yuri Vorobyov RF Federal Şurası ilə Ermənistan parlamenti arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında bildirib.

"Anladığımız kimi, bu, Ermənistanın apardığı bütün işlər üzrə Haaqa Tribunalının yurisdiksiyasını tanıması deməkdir. Biz ondan çıxış edirik ki, erməni tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır, lakin buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq. Belə olan halda mən parlamentarilərə müraciət edirəm", - Vorobyov bildirib.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək üçün onu parlamentə göndərmək niyyətindədir.

Ağarza Elçinoğlu