“İtaliya hakimiyyəti Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli prosesinin intensivləşdirilməsinin tərəfdarıdır”. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto deyib. O, qarşıdurmadan çıxış yolu axtarmağa başlamağın vaxtı olduğunu qeyd edib.

“Münaqişəyə sülh yolu ilə son qoymaq və danışıqlara başlamaq üçün hər cür səy göstərməyin vaxtı çatıb. Gələn il bu vaxt ümid edirəm ki, biz Ukraynadakı münaqişə haqqında daha danışmayacağıq”, - Krozetto bildirib.

O əlavə edib ki, Ukrayna böhranının başa çatması üçün vaxt çərçivəsini və şərtlərini müəyyən etməyin vaxtı çatıb. Krozetto vurğulayıb ki, bu, İtaliyanın Ukraynaya, o cümlədən orduya kömək etmək öhdəliklərindən imtina etməsi demək deyil.

Nuranə Abbasova