Ukrayna prezidenti Volodimir Zelenski onu tənqid edən ölkənin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu istefaya göndərib. 

“Unikal” Ukrayna KİV-nə istinadən xəbər verir ki, səfirin vəzifədən kənarlaşdırılması haqda fərman dövlət başçısının saytında dərc olunub.

Bildirilir ki, Pristayko həm də yarımştat işlədiyi Beynəlxalq Dəniz Təşkilatı yanında Ukraynanın daimi nümayəndəsi vəzifəsindən də məhrum edilib.

Keçmiş səfir Kiyevin Qərbin verdiyi silahlara görə daha çox təşəkkür etməli olduğunu qeyd edən Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə Zelenskinin reaksiyasını qeyri-sağlam sarkazm adlandırmışdı.
Zelenski Uollesə “Başqa necə təşəkkür etməli olduğumuzu bilmirəm. Hər səhər oyanıb Böyük Britaniya nazirinə təşəkkür edə bilərik” demişdi. 

Nuranə Abbasova