Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə və maddi-texniki təchizat nazirinin müavini, briqada generalı Höcətullah Koreyşi ilə danışıqlar aparıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya Hərbi Departamentindən məlumat verilib.
"Tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər", - nazirlikdən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumata görə, tərəflər regional təhlükəsizlik və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
Nuranə Abbasova