Teleaparıcı, Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, “Heyvanlar aləmi” verilişinin aparıcısı Nikolay Drozdov xəstəxanadan evə buraxılıb.

“Unikal” TASS-a istinadən xəbər verir ki, iyulun 18-də zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən jurnalistin səhhəti kəskin arıqlamasından sonra pisləşib. Pəhriz vasitəsilə 90 kiloqramdan 75 kiloqrama düşən Drozdovözünü pis hiss etməyə başlayıb. Xəstəxanaya qarın ağrısı şikayəti ilə müraciət edən aparıcıya zəhərlənmə diaqnozu qoyulub.

Xatırladaq ki, Nikolay Drozdov yanvarda da yıxılaraq reanimasiyaya yerləşdirilmişdi. 

Nuranə Abbasova