"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Unikal" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
***11:12
Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Ağdam təmsilçisi səpənlənmişlər səbətində yer alacaq.
Artıq "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb.
"Qarabağ" 2-ci mərhələdə Polşa "Rakov"unu keçsə, 3-cü raundda "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi və ya Yunanıstanın AEK komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda keçiriləcək.