"Qalatasaray" klubu daha bir futbolçunun transferini açıqlayıb.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Nəsr"dən Sedrik Bakambunu heyətinə qatıb.
Fransalı hücumçu üçün Səudiyyə Ərəbistanı klubuna 700 min avro ödənilib. 32 yaşlı forvardın "Qalatasaray"da bir mövsümə 1.5 milyon avro gəlir əldə edəcəyi bildirilib.