“Neftçi” Peşəkar Futbol Klubuna (PFK) yeni prezident (baş icraçı direktoru) təyin edilib.
"Unikal" xəbər verir ki, bu vəzifəyə Fərrux Mahmudov təyinat alıb.
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub.
Müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.