Pakistanda iyunun 25-dən bəri davam edən musson yağışları nəticəsində yaranan fəlakət və qəzalarda həyatını itirənlərin sayı 133-ə yüksəlib. 

"Unikal" xəbər verir  ki,  bu  barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi məlumat yayıb.

Bildirilir ki, musson yağışlarının törətdiyi fəlakət və qəzalarda Pəncabda 65, Xeyber Paxtunxvada 35, Sinddə 10, Bəlucistanda 6, İslamabadda 11, Azad Cammu Kəşmirdə 5, Gilgit Baltistanda 1 nəfər həyatını itirib.