Fransa çempionu PSJ və Səudiyyə Ərəbistanının vitse-çempionu "Əl Nəsr" Yaponiyanın Osaka şəhərində yoldaşlıq oyunu keçirib.
"Unikal" xəbər verir ki, matç zamanı komandalar qol vura bilməyiblər.
Zədəsini və əməliyyatını sağaldan braziliyalı hücumçu Neymar PSJ ilə Yaponiyaya getsə də, oyuna çıxmayıb.
"Əl Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilk 66 dəqiqədə start heyətində olub.
Ağarza Elçinoğlu