Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan danışıqlar prosesinin dinamikasının kifayət qədər yüksək olduğunu deyib.
"Unikal" xəbər verir ki, nazir bu barədə Moskvada üçtərəfli görüş zamanı bildirib.
“Nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var”, — Azərbaycan XİN rəhbəri rusiyalı və erməni həmkarları ilə üçtərəfli görüşdə qeyd edib.