Pakistanda narkotiklərlə mübarizə haqqında yeni qanun qəbul edilib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlərə bundan sonra ölüm cəzası verilməyəcək.

Yeni qanun Milli Məclis və Senatda təsdiqlənib. Sözügedən qanunun dərhal qüvvəyə minəcəyi bildirilir.

Pakistan 2008-ci ildə ölüm hökmünü qadağan edib. Lakin bu qərardan 6 il sonra, 2014-cü ildə Pişəvərdə hərbi məktəbə törədilən terror aktı nəticəsində əksəriyyəti uşaqlar olmaqla 140-dan çox insan həlak olduqdan sonra ölüm hökmü bərpa edilib.

2014-cü ildən bəri 518 nəfər edam edilib.

Nuranə Abbasova