İran Milli Bankının “Bakı” filialının lisenziyasının ləğv edilməsi nəzərdə tutulmur.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, filialda yoxlamalar aparılıb və bəzi nöqsanlar aşkar edilib. Bununla əlaqədar bankda əməliyyatlar məhdudlaşdırılıb.
Bankın bağlanması planlaşdırılmır, çünki bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır, nöqsanlar aradan qaldırıldıqdan sonra bank fəaliyyətini davam etdirə bilər.