"ABŞ və Aİ Ukrayna taxılının quru nəqliyyatından istifadə etməklə ixracı məsələsi üzərində işləyir".

"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

Veriliş Amerika administrasiyasının Youtube kanalında aparılıb  .

“Biz Aİ müttəfiqlərimizlə işaləyirik, Ukrayna və Avropadakı digər tərəfdaşlarla quru yolu ilə taxılın bazarlara çatdırılmasının yollarının olub-olmadığını görmək üçün işləyirik  ”, - Kirbi bildirib.

O qeyd edib ki, bu cür variantlar “o qədər də effektiv olmayacaq”.

Bundan əvvəl ABŞ-ın NATO -dakı  daimi nümayəndəsi Culian Smit Ukrayna-NATO Şurasının iclasını şərh edərkən bildirmişdi ki, Şimali Atlantika Alyansı bir sıra alyans üzvləri tərəfindən “əlavə addımlar” atmaq imkanını nəzərdən keçirir .