Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdakı təlimlərində iştirak etməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan buna səbəb kimi “xilasetmə xidmətinin iş yükü”nü göstərib.

Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski bildirib ki, KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin təlimlərinin mövzusu “Rok-2023” nüvə obyektində qəzanın aradan qaldırılmasıdır.

Belarusdakı təlimlərin aktiv mərhələsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Minsk vilayətindəki filialının bazasında keçiriləcək. 

Bundan əvvəl Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən imtina edib.