"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaqlar.
"Unikal" xəbər verir ki, ikinci təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.
"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.
Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.