"Bu il əmək pensiyalarının minimum və orta aylıq məbləği 433,3 manata yüksəlib".
"Unikal" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
O bildirib ki, hesabat dövründə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 466,1 manata yüksəlib: "Keçən illə müqayisədə 16.4 faizlik artım qeydə alınıb".