Sosial media nəhəngi “Meta” “Bill C-18 Onlayn Xəbər Aktı” qüvvəyə mindikdən sonra kanadalı istifadəçilər üçün KİV xəbərlərinə çıxışı dayandıracağını təsdiqləyib.

"Unikal" xəbər verir ki, qanuna görə “Meta” və “Google” kimi İKT nəhəngləri xəbərləri öz platformalarında yerləşdirmək üçün xəbər agentliklərinə pul ödəməlidir.

“Meta” yaxın bir neçə ay ərzində kanadalı istifadəçilər üçün xəbərləri bloklamağa başlayacağını və dəyişikliyin dərhal baş verməyəcəyini bildirib.