BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.