Türkiyədə 9 CHP üzvü partiya üzvlüyündən istefa verib. 

"Unikal" xəbər verir ki, onlar müxalif partiya lideri Kamal Kılıçdaroğlunun Kayseridəki islahatlarından narazı olduqlarını bildiriblər. 

"Sədrimizin hər fürsətdə “Seçki ilə gələn seçki ilə getməlidir” ritorikasına baxmayaraq, əyalət və rayon qurultaylarına az qalmış seçilmiş rəhbərliyin işdən çıxarılması və yerinə yeni əyalət rəhbərliyinin təyin edilməsi bizi narahat etdi", - deyə vilayət partiya liderinin müavini deyib. 

Qeyd edək ki, Kılıçdaroğlu CHP-nin Kayseri vilayət sədri Zeki Özkanı vəzifəsindən azad etmişdi. 

Ağarza Elçinoğlu