Ukraynanın Rusiya ərazisində törətdiyi terror aktları yalnız Volodimir Zelenski rejiminin hərbi zəifliyinə dəlalət edir və şəxsən Ukrayna prezidentini vaxtsız ölümə sürükləyir.

"Unikal" xəbər verir ki,  bunu MKİ-nin (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - red.) keçmiş analitiki Larri Conson "Judging Freedom"  "YouTube" kanalına müsahibəsində deyib.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, Zelenski vaxtsız ölümə doğru gedir. Onun törətdiyi terror aktları “çarəsizlik aktıdır”. Bundan əlavə, hücumlar Kiyevin döyüş meydanında effektiv zərbələr vura bilməməsinin sübutudur.

Conson vurğulayıb ki, ABŞ-ın Ukraynaya təhvil verdiyi döyüş maşınlarının 90%-i rus qoşunlarının yalnız bir hücumu zamanı məhv edilib. 

Analtik hesab edir ki, Ukrayna Rusiya ilə qarşıdurmada “sürətlə uduzur”.

Gülayə Mecid