Dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir.

Göygölün yaxınlığında yerləşən Maralgöl də dağ göllərindən biridir. Göl 1902 m. yüksəklikdə yerləşir. Sahəsi 23 hektara yaxındır. Bu əsrarəngiz mənzərə 12-ci əsrdə baş vermiş dağıdıcı zəlzələdən sonra yaranıb. Maralgöl axar sulu hövzədir, ondan keçən Yuxarı Ağsu çayı Göygölə axır. Ümumilikdə Maralgölə 5 kiçik çay axır. Gölün maksimal dərinliyi 61 metrdir. Göygöl və Maralgöl yay fəslində həm yerli, həm də əcnəbilərin ən çox səfər etdiyi turistik məkandır.

"Unikal"ın fotoqrafı Ayxan Məlikov Göygöl və Maralgöldən fotoreportaj hazırlayıb.

Həmin fotoları təqdim edirik: