İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Elman Allahverdiyevə quşçuluğun inkişafı layihəsi üzrə 70 min manat güzəştli kredit verib.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb. O bildirib ki, layihə Lənkəran rayonunda icra olunacaq.
“Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir”, - deyə nazir əlavə edib.