Braziliya prezidenti beynəlxalq ticarətdə dolları ləğv etməyə çağırıb.
"Unikal"
xəbər verir ki, Luis İnasio Lula da Silva həmçinin ABŞ valyutasına, o cümlədən BRİKS üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələri arasında hesablaşmalar üçün alternativlərin yaradılmasının zəruriliyini bəyan edib.

“Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Biz bunu öz valyutalarımızda edə bildiyimiz halda, Çinlə ticarət üçün niyə dollardan istifadə etməliyik? Bəşəriyyətin az qala yarısının yaşadığı ölkələr bunu niyə öz aralarında müzakirə edə bilmirlər?” – siyasətçi xarici KİV nümayəndələri ilə söhbəti zamanı bildirib.

Bundan əvvəl Braziliya prezidenti bildirib ki, BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətin müzakirəsi platformasına çevrilməlidir.