Gürcüstanın Şovi kurortunda baş vermiş torpaq sürüşməsində 7 nəfərin ölümü ilə əlaqədar avqustun 7-i matəm elan edilib.
“Unikal” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə bildirib.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 30 nəfərin axtarışları davam edir.
Nuranə Abbasova