ABŞ-da 35 yaşlı Eşli Sammers 20 dəqiqə ərzində iki litr su içdikdən sonra beyin ödəmi nəticəsində ölüb.

“Unikal” “The İndependent”ə istinadən xəbər verir ki, faciə İndiana ştatında baş verib.

İki uşaq anası ailəsi ilə birlikdə Frimen gölünün yaxınlığında istirahət edərkən susuzluğunu yatırmağa çalışaraq dörd ədəd yarım litrlik su içib. Bu isə beynin şişməsinə və orada qan axınının dayanmasına səbəb olub.

O, xəstəxanaya çatdırılsa da, gec olub.