ABŞ-ın keçmiş prezidenti Donald Trampın mühakimə olunduğu bir zamanda Melaniya Trampın uzun müddətdir görünməməsi medianın diqqətini çəkib.

“Unikal” CNN-ə istinadən xəbər verir ki, keçmiş birinci xanım diqqətini 17 yaşlı oğlu Barron Trampın kollecə daxil olmasına kömək etməyə yönəldib. Həmçinin bildirilir ki, onun kiçik sosial çevrəsi var, o, valideynləri, oğlu və köhnə dostları ilə vaxt keçirməyə üstünlük verir. O, gözəllik salonlarına baş çəkir və stilisti Erve Pyerlə görüşür. 

Hərdən əri ilə şam yeməyində görüşsə də, nə məhkəmələrdə, nə də 2024-cü il prezident seçkilərində iştirak etməyi düşünür. Aprel ayında Melaniya Trampın Floridadan Nyu-Yorka səfərində də iştirak etməyib. 

Ağ Evin keçmiş mətbuat katibi Stefani Qrişam CNN-ə bildirib ki, Melaniya ərinin məhkəmə proseslərindən xəbərdardır, lakin o, ictimaiyyət arasında özü istədiyi zaman görünəcək. 

"O, nə baş verdiyini bilir, medianı izləyir", - Qrişam bildirib. 

Nuranə Abbasova